BDU Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə birgə araşdırma aparacaq (FOTO)


Digərləri 08 Apr 2019 14:22:00 209 0

BDU Türkiyənin Sivas Cümhuriyyət Universiteti ilə birgə araşdırma aparacaq (FOTO)

Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, eyni zamanda, Təhsil fakültəsinin dekanı Ali Aksu Bakı Dövlət Universitetində (BDU) olublar.

Bakı. Türkiyənin Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, eyni zamanda, Təhsil fakültəsinin dekanı Ali Aksu Bakı Dövlət Universitetində (BDU) olublar. BDU-dan Trend-ə verilən məlumata görə, rektor Elçin Babayev səfərin əlaqələrin daha da genişlənməsinə təkan olacağını vurğulayıb. Universitetin təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyatı və beynəlxaq əlaqələri ilə bağlı hədəflərini açıqlayan rektor müasir elmin tələblərinə uyğun olaraq, humanitar və təbiət elmləri sahəsində birgə araşdırmaların aparılması ilə bağlı fikrilərini bölüşüb. Görüşdə, eyni zamanda magistratura və doktorantura səviyyələrində ikili diplom, tələbə-müəllim mübadiləsi, birgə proqram və qrantlar kimi məsələlər müzakirə edilib.