Söyüş qalmaqalı ilə bağlı "Space"dən


Digərləri 08 Apr 2019 13:57:00 184 0

Söyüş qalmaqalı ilə bağlı "Space"dən

"Space” Müstəqil Televiziya və Radio Şirkətinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Eldəniz Elgün yenicag.az-a açıqlama verib

Müğənni Rüfət Axundov efirdə mahnı ifa edərkən qeyri-etik ifadələr işlədib. Bununla əlaqədar, Milli Televiziya və Radio Şurası (MTRŞ) "Space" TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.

Son.az bildirir ki, baş verənlərlə bağlı "Space" Müstəqil Televiziya və Radio Şirkətinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Eldəniz Elgün yenicag.az-a açıqlama verib:

"Nəzərinizə çatdıraq ki, 4 aprel 2019-cu il tarixində "Space" TV-də yayımlanan "Hər səhər" verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasov qonaq qismində iştirak edən zaman efir mədəniyyətinə zidd olaraq əxlaqdan kənar ifadələrə yol veriblər. Belə ki, qonaqlar tanınmış mahnını ifa edən zaman gözlənilmədən, canlı yayımın imkanlarından sui-istifadə edərək məhz mahnının səsləndirildiyi zaman efir əxlaqına xas olmayan sözlər işlədiblər.