“Onun övladlarını öz balalarımdan çox istəyirdim”


Kriminal 08 Apr 2019 13:32:00 42 0

“Onun övladlarını öz balalarımdan çox istəyirdim”

Son.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramının növbəti buraxılışında məhkum Əmirxan Qurbanovun həyat hekayəsindən danışılıb. Əmirxan Qurbanov - Cəzası (13 il): "Oğlum məktəbdə müəllim işləyir. Direktor ona deyib ki, sinifdə 1-2 şagirdə icazə vermişəm, kənarda alverlə məşğul olurlar, sən onlara qiymət yaz. Oğlum da razılaşmır. Direktor da yumruqla oğlumun ağzına vurub. Oğlum üz-gözü qan içərisində evə gəldi. Bıçağı götürüb getdim, orada yox idi. Bu iş belə qaldı. Bir axşam oğlum mənə, "ata, mənə kömək et, taxılımızı biçdirək" dedi. Səhər-səhər getdim, dayanmışdım, səs gəldi, gördüm həmin direktor əlində telefon kiminləsə danışır.

Yaxınlaşıb dedim, müəllim, sənə sözüm var. Oğlumu niyə vurmusan? Dedi, mən etməmişəm. Yapışdı yaxamdan, silkələyib itələdi məni kənara. Mən də bıçağı çıxarıb vurdum qarın nahiyyəsinə. Elə birinci zərbədən öldü. Bıçaq ürəyinə giribmiş. Oğlumda təqsir bilsəydim, etməzdim. O, nahaqdan sataşdı mənə. Düzdür, onun balalarını yetim qoydum. Amma onun övladlarını öz balalarımdan da çox istəyirdim. Keçə bilmədim, çünki onun tökdüyü qandan keçmək olmazdı. Biz onunla yaxın olmuşuq. Hərdən fikirləşirəm ki, kaş oğlum müəllim olmazdı, bəlkə onunla mənim aramda da belə hadisə baş verməzdi. Deyirlər, adamı şeytan doldurur. Burada şeytanlıq nə var? Hər kəs öz işinin şeytanıdır. İstəyirəm buradan çıxandan sonra onun övladlarına gücüm çatdığı qədər hörmət edim ki, bəlkə bir balaca ürəklərində mənə qarşı rəhm olsun".


Xəbərə aid foto

BVF missiyası Bakıya səfər edəcək like
  • 08 Apr 13:27  
Digərləri BVF missiyası Bakıya səfər edəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası bu ilin yayında Bakıya səfər e

arrow Ətraflı
Maskalı şəxslər ev sahiblərinin əlayağını bağlayıb pullarını apardılar like
  • 08 Apr 13:18  
Digərləri Maskalı şəxslər ev sahiblərinin əlayağını bağlayıb pullarını apardılar

Aprelin 1-də saat 1 radələrində Quba rayonunun 1-ci Nügədi kəndindəki ev

arrow Ətraflı
Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır" like
  • 08 Apr 13:15  
Siyasət Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır"

Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Ordula

arrow Ətraflı
Azərbaycanda qeyriadi toy karvanında qəza baş verdi  VİDEO like
  • 08 Apr 13:14  
Digərləri Azərbaycanda qeyriadi toy karvanında qəza baş verdi VİDEO

Azərbaycanda qeyri-adi toy karvanında qəza baş verib. 

arrow Ətraflı
Sabahın HAVAsı like
  • 08 Apr 13:09  
Digərləri Sabahın HAVAsı

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Müdafiə Nazirliyi: Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır like
  • 08 Apr 13:09  
Digərləri Müdafiə Nazirliyi: Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır

Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Ordula

arrow Ətraflı
Tayvanda kimya zavodunda partlayış: like
  • 08 Apr 13:00  
Dünya Tayvanda kimya zavodunda partlayış:

Tayvanın qərbindəki Yunlin əyalətində kimya zavodunda partlayış baş ver

arrow Ətraflı
Bakıda evdən 80 yaşlı qadının meyiti tapılıb like
  • 08 Apr 12:59  
Digərləri Bakıda evdən 80 yaşlı qadının meyiti tapılıb

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxas

arrow Ətraflı
Sabahın hava proqnozu açıqlanıb like
  • 08 Apr 12:54  
Digərləri Sabahın hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı