Bakıda avtobus minik maşını ilə toqquşub (VİDEO)


Digərləri 08 Apr 2019 13:33:00 162 0

Bakıda avtobus minik maşını ilə toqquşub (VİDEO)

Bakıda avtobus minik avtomobili ilə toqquşub.

Bakı. Ceyhun Ələkbərov - Bakıda avtobus minik avtomobili ilə toqquşub. Trend-in məlumatına görə, hadisə aprel ayının 6-sı gecə saatlarında Şüvəlan qəsəbəsində baş verib. 136 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Hyundai" markalı minik avtomobili ilə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi bağ evlərinin hasarlarına çırpılıb. Qəzada xəsarətlər alanlar olub.