Aygün Səmədzadə: Sənət adamları mədəniyyətə, incəsənətə göstərilən diqqət və qayğını yüksək dəyərləndirir (VİDEO)


Digərləri 08 Apr 2019 13:24:00 272 0

Aygün Səmədzadə: Sənət adamları mədəniyyətə, incəsənətə göstərilən diqqət və qayğını yüksək dəyərləndirir (VİDEO)

Sənət adamları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətə, incəsənətə göstərdikləri qayğını yüksək dəyərləndirir.

Bakı. Ceyhun Ələkbərov - Sənət adamları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətə, incəsənətə göstərdikləri qayğını yüksək dəyərləndirir. Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında tanınmış bəstəkar, Xalq artisti Aygün Səmədzadə deyib. A.Səmədzadə bildirib ki, hər bir sənət adamı bütün nailiyyətləri, Azərbaycan mədəniyyətinin tərəqqisi üçün atılan addımları görür və bunu yüksək qiymətləndirir: "Mən bunu incəsənətə, mədəniyyətə ayrılan böyük diqqət kimi, qayğı kimi dəyərləndirirəm və dövlətimizə Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıram”.