Artıq Bakının bu yollarında rahat maşın sürmək olacaq FOTO


Digərləri 08 Apr 2019 12:37:00 273 0

Artıq Bakının bu yollarında rahat maşın sürmək olacaq  FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə, cari ilin əvvəlindən Bakının Yasamal rayonu üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 5,3 km uzunluğa malik 5 küçənin 85 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.

Bu hər birinin uzunluğu 1,6 km olan Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri, onları birləşdirən 0,4 km uzunluğa malik "A Keçidi" küçəsi, 1 km-lik "7-ci Alatava" və 0,7 km uzunluğunda Şəfayət Mehdiyev küçələridir.

Sadalanan küçə və yollar boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.