Qaradağ rayonunda on milyonuncu sakinin doğulması münasibətilə konsert proqramı və atəşfəşanlıq təşkil olunub (FOTO)


Digərləri 08 Apr 2019 12:39:00 208 0

Qaradağ rayonunda on milyonuncu sakinin doğulması münasibətilə konsert proqramı və atəşfəşanlıq təşkil olunub (FOTO)

Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Qaradağ rayonunda agacəkmə aksiyası keçirilib.

Bakı. Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Qaradağ rayonunda agacəkmə aksiyası keçirilib. Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ağacəkmə kompaniyasında rayonun müxtəlif ünvanlarında 600 ədəd ağac əkilib. Daha sonra günorta ölkənin 10 milyonuncu vətəndaşı dünyaya gəlməsi münasibəti ilə rayon gəncləri Lökbatan qəsəbəsi Heydər parkının qarşısında toplaşaraq fleşmob keçiriblər. Rəqs edərək, sevinərək əylənən gənclər asudə vaxtlarını bu sevincli xəbərə həsr edərək 10 000 000 sözünü yazıblar. Axşam saatlarında isə Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Qaradağ rayonunda konsert proqramı təşkil edilib.