Ağsu şəhidlərinin anım mərasimi keçirilib (FOTO)


Digərləri 08 Apr 2019 12:13:00 221 0

Ağsu şəhidlərinin anım mərasimi keçirilib (FOTO)

Aprelin 7-də Ağsu rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Ağsu şəhidlərinə həsr edilmiş anım tədbiri keçirilib.

Bakı. Samir Əli – Aprelin 7-də Ağsu rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan Ağsu şəhidlərinə həsr edilmiş anım tədbiri keçirilib. Trend-in məlumatına görə, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı, gənc yazar Rəfiqə Rafiqqızının ideya müəllifliyi ilə baş tutan tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Millət vəkili Tahir Kərimli, müharibə iştirakçıları şəhid ailələri və digər qonaqlar iştirak edib. Tədbir iştirakçıları əvvəlcə 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş, Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin giziri Toğrul Fərəczadənin məzarını ziyarət edib, şəhidin ruhuna dualar oxunub. Daha sonra Ağsu rayon Şəhidlər Xiyabanında şəhidlərin məzarı ziyarət edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, bədii kompozisiya ilə davam edib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, Ağsu rayonundan olan 115 şəhid haqqında məlumatlar və fotolardan ibarət video rolik nümayiş olunub.