İlk yerli elektron köşk məhsulları - STP terminal (FOTO)


Digərləri 08 Apr 2019 12:00:00 257 0

İlk yerli elektron köşk məhsulları - STP terminal (FOTO)

Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi terminal və köşk tipli avadanlıqları artıq “STP Terminal” brendi altında təqdim ediləcək.

Bakı. Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi terminal və köşk tipli avadanlıqları artıq “STP Terminal” brendi altında təqdim ediləcək. STP terminallara ödəmə və bilet terminalları, o cümlədən növbə və informasiya köşkləri aiddir. Bu günə qədər Texnopark Vergilər Nazirliyi, Gömrük Komitəsi kimi dövlət qurumlarını, Kapital Bank, Rabitə Bank və Easypay kimi özəl şirkətləri müxtəlif terminal və köşk tipli məhsullarla təmin edib. Azərbaycan brendi olan STP terminalları idxal olunan bənzər məhsullarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, terminalların karkas və konstruksiyası müştərinin istəyinə əsasən dizayn oluna, həmçinin sifarişçi şirkətin korporativ rənglərinə uyğun olaraq rənglənə bilir. Bunlarla yanaşı terminalların metal karkasını dözümlülük və təhlükəsizlik məqsədlərilə müxtəlif qalınlıqda hazırlamaq mümkündür. Eyni zamanda terminalların texniki baxışı da STP tərəfindən həyata keçirilə bilir. Ən əsası isə qeyd etmək lazımdır ki, yerli istehsal olan STP terminallarının qiymətləri xarici analoqları ilə müqayisədə daha münasibdir. STP terminalları bütün dövlət qurumlarında, fəaliyyət növündən, sahəsindən asılı olmayaraq istənilən təşkilat və şirkətlərdə istifadə oluna bilər. Maliyyə-bank sektorunda xidməthaqqı, satış, vergi və digər ödəmələr üçün, nəqliyyat, idman, əyləncə sektorlarında bilet satışı üçün, təhsil və səhiyyə sahələrində bir sıra digər məqsədlər üçün terminalların tətbiqi olduqca faydalıdır. Hazırda pərakəndə satış və restoranlarda özünəxidmət həlləri həyata keçirmək üçün geniş imkanlar mövcuddur. Terminallar eyni zamanda informasiya təqdim etmək məqsədilə də istifadə oluna bilər. Belə ki, terminallar müraciətçilərə müəssisə haqqında yazılı məlumat təqdim etmək, müxtəlif layihə və tədbirlərin foto və videolarını göstərmək, bu və ya digər xidmətdən yararlanmaq üçün məlumatlandırmaq və s. baxımdan əlverişlidir.