Azərbaycanlı avtoritetlərə ŞOK:


Kriminal 08 Apr 2019 11:34:00 218 0

Azərbaycanlı avtoritetlərə ŞOK:

Rusiyada Daxili İşlər Nazirliyinin əməkdaşları cinayət iyerarxiyasında daha yüksək mövqe tutan şəxslərin cinayət cəzası haqqında qanunun icrası üzərində işləməyə başlayıb.

Son.az xəbər verir ki, artıq aprelin 5-də Daxili İşlər Nazirliyinin regional bölmələri rəhbərlik tərəfindən göstərişlər alıb.

Bununla əlaqədar olaraq, son zamanlar Rusiya "qanuni oğru"ları görüşməyi və bir-biri ilə ünsiyyət saxlamağı dayandırıblar.

Xatırladaq ki, Rusiya Dövlət Duması ötən ayın ortalarında "qanuni oğrular" haqqında qanunu qəbul edib. Qanun mütəşəkkil qrupların liderləri, cinayət iyerarxiyasında daha yüksək mövqe tutan şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutur.

Sənədə görə, bu kimi hallarda həmin şəxsləri 8-15 ilə qədər azadlıqdan məhrum edilmə və 5 milyon rubl (129558 manat) cərimə ediləcək. Qanuna görə, "qanuni oğrular"a şərti cəza və ya qısa müddətli azadlıqdan məhrumetmə cəzası verilə bilməz. Сinayət toplantılarında iştirak edən şəxsləri 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə və 1 milyon rubl (25911 manat) cərimə gözləyir.