“İslam dininə üçlü yanaşma – mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda seminar keçirilib (FOTO)


Digərləri 08 Apr 2019 11:19:56 171 0

“İslam dininə üçlü yanaşma – mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda seminar keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərlinin təqdimatında “İslam dininə üçlü yanaşma –mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda seminar təşkil olunub.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərlinin təqdimatında “İslam dininə üçlü yanaşma –mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda seminar təşkil olunub. Aİİ-dən Trend-ə verilən məlumata görə, institutun Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövq edilməsində ali təhsil müəssisəsinin müxtəlif mövzularda ardıcıl təşkil etdiyi “dəyirmi masa”lar, seminarlar, treninqlər və görüşlər xüsusi rol oynayır. İ.Əlimuradov qeyd edib ki, gənclər mütəxəssis kimi püxtələşmələri üçün öz perspektivləri naminə çalışmalı, bu yöndə fəallıq göstərməlidirlər. Seminarda AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərli “İslam dininə üçlü yanaşma – mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda çıxış edib.