Çikaqoda ilk İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib


Digərləri 08 Apr 2019 11:28:49 152 0

Çikaqoda ilk İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib

Aprelin 3-5-də ABŞ-ın aparıcı maliyyə və ticarət mərkəzlərindən biri olan Çikaqo şəhərində ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə ilk İllinoys-Azərbaycan Kənd təsərrüfatı Forumu keçirilib.

Bakı. Aprelin 3-5-də ABŞ-ın aparıcı maliyyə və ticarət mərkəzlərindən biri olan Çikaqo şəhərində ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə ilk İllinoys-Azərbaycan Kənd təsərrüfatı Forumu keçirilib. Forumda Azərbaycanın Kənd Təsərrüfatı Naziri başda olmaqla, Azərbaycanın ABŞ-dakı səfirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İllinoys ştatının Kənd Təsərrüfatı Departamenti və ABŞ və Azərbaycanın qabaqcıl şirkətlərin nümayəndələri iştirak edib. Tədbirdə həmçinin Kapital Bank-ın bankın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə və İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb. Forumun əsas məqsədi kənd təsərrüfatı sahəsində tərəflər arası əməkdaşlığın qurulması, Azərbaycanın və ABŞ-ın aparıcı ştatlarından biri olan İllinoyis ştatının kənd təsərrüfatı müəssisələrinin nümayəndələrini bir araya gətirmək, məhsuldarlığın artırılması üsulları, Amerika istehsalı texnologiyaları və həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan yeni metodlar ilə tanış etməkdir.