Azərbaycan 500 milyonluq kreditdən imtina edib


Digərləri 08 Apr 2019 11:11:00 223 0

Azərbaycan 500 milyonluq kreditdən imtina edib

Optimallaşdırma və layihə xərclərinin azaldılması nəticəsində Azərbaycanın "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin Asiya İnkişaf Bankının (AİB) birbaşa kreditinə tələbatı olmayıb.

Son.az xəbər verir ki, bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov deyib.

O qeyd edib: "Məlum olduğu kimi, "Cənub Qaz Dəhlizi" QSC AİB ilə iki saziş imzalayıb. Onlardan biri 524,5 milyon dollar məbləğində vəsaitin cəlb edilməsinə zəmanət verir və QSC tərəfindən tam istifadə olunub. Digər saziş - 500 milyon dollarlıq birbaşa kreditə isə optimallaşdırma və layihə xərclərinin azaldılması nəticəsində "Cənub Qaz Dəhlizi" QSC-nin tələbatı olmayıb".

Avropa Yenidənqurma və İnkişaf Bankından cəlb olunan 500 milyon dollar məbləğində kreditə gəlincə, İ.Əhmədov bildirib ki, bu vəsait də tam mənimsənilib: