Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kral HHQ-nin Əməliyyat Mərkəzini ziyarət edib (FOTO)


Digərləri 08 Apr 2019 11:13:55 204 0

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kral HHQ-nin Əməliyyat Mərkəzini ziyarət edib (FOTO)

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kral HHQ-nin Əməliyyat Mərkəzini ziyarət edib

Bakı. Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) Əməliyyat Mərkəzini ziyarət edib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, general-polkovnik N.Sadıkovla Səudiyyə Ərəbistanı HHQ-nin komandanı Turki bin Bəndər bin Əbdüləziz arasında görüş keçirilib. Tərəflər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin