Problemli kreditləri ödəyən zaminlərin nəzərinə...


Digərləri 08 Apr 2019 10:53:00 228 0

Problemli kreditləri ödəyən zaminlərin nəzərinə...

İqtisadçı ekspert Vüqar Bayramov problemli kreditlərə kompensasiyaların verilməsi ilə bağlı təqdim olunan mexanizmdə bir sıra məsələlərin yenidən nəzərə alınmasını vacib hesab edib.

Son.az azxeber-ə istinadən xəbər verir ki ekspert sosial şəbəkə hesabında yazaraq bildirib ki, kredit öhdəliyini yerinə yetirmiş zaminlərə kompensasiyanın ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var: "Qaydalara əsasən, kredit götürən şəxs borcu qaytarmaqdan imtina edib və zamin öhdəliyi yerinə yetirdiyi hallarda vəsait zaminə ödənilməlidir. Qaydalara görə, "kompensasiyalar kredit təşkilatının müştərisi olan şəxslərə hesablanır. Zamin ödədiyi kredit öhdəliyi həcmində borcalandan Mülki Məcəlləyə müvafiq olaraq pulun geri ödənilməsini tələb etmək hüququ vardır.

Son illər ödənişlərin həmçinin ödəniş terminalları vasitəsi ilə də aparıldığını nəzərə alsaq, kompensasiyanın ünvanlılığı xeyli mürəkkəbləşir. Amma mövcud ödəniş mexanizmi zaminin həmin vəsaiti almasına çətinlik yarada bilər. Belə ki, həmin vəsaitin zaminə ödənilməsi üçün borcun onun tərəfindən ödənildiyini təsdiq edən məhkəmə qərarına ehtiyac var. Deməli, borcu qaytarmış zamin kompensasiyanı almaq üçün məhkəməyə müraciət etməlidir və bundan sonra məhkəmə onun xeyirinə qərar qəbul edərsə ona vəsait ödənilə bilər. Kompensasiyalar bu ayının sonundan başlayaraq ödəniləcək və zamin məhkəməyə müraciət etdiyi halda qərarın alınması bir aydan çox zaman alacaq. Nəticədə, zamin məhkəmə qərarını alanadək kompensasiya krediti götürən, amma borcu qaytarmaqdan imtina edən şəxsin hesabına köçürülə bilər. Bu isə o deməkdir ki, məhkəmə qərarı olsa da belə vəsait qərardan öncə ödəniləcək və nəticədə zamin pul ala bilməyəcək. Amma kredit götürüb xərcləyib və onu başqasına ödətdirən şəxs hətta kompensasiya da alacaq. 

Məsələn, bir vətəndaşımızın 8 min dollar kredit borcu olub və onu ödəməkdən imtina etdiyi üçün krediti zamin qaytarmalı olub. Hazırda həmin borca 4 min manat kompensasiya hesablanıb. Kredit onu qaytaranın deyil götürüb xərcləyənin adına olduğu üçün onun hesabına kompensasiya ödəniləcək. Bununla da, zamin məhkəmə qərarı alanadək artıq krediti qaytarmayan şəxs kompensasiyanı almış olacaq və bununla da öhdəliyi yerinə yetirən şəxs vəsaitdən mərhum olacaq.