Aerobika gimnastikası üzrə millimizin üzvləri 2 medal qazandılar FOTO


Digərləri 08 Apr 2019 10:59:30 247 0

Aerobika gimnastikası üzrə millimizin üzvləri 2 medal qazandılar  FOTO

Bratislava şəhərində aerobika gimnastikası üzrə "Açıq Slovakiya Çempionatı" öz işinə yekun vurub.

Son.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 15 ölkədən idmançıların qatıldığı turnirdə ölkəmiz fərdi, qarışıq cütlük, üçlük və qrup çıxışlarında təmsil olunub. Millimizin üzvləri Mədinə Mustafayeva, Nərminə Hüseynova, Balaxanım Əhmədova, Vladimir Dolmatov və İmran İmranovun qrup proqramında icra etdikləri performans onlara yarışların qızıl medalını (19.344) qazandırıb.

Gimnastlarımızın daha bir uğurlu çıxışı isə üçlük proqramında olub. Emil Quliyev, Elçin Məmmədov və V. Dolmatov 19.800 xalla turnirin gümüş medalına da sahibləniblər.