Nazirlik: Azərbaycan əhalisinin sabit artım tempi sosial-iqtisadi inkişaf prosesinin müsbət demoqrafik təzahürüdür


Digərləri 08 Apr 2019 10:46:00 54 0

Nazirlik: Azərbaycan əhalisinin sabit artım tempi sosial-iqtisadi inkişaf prosesinin müsbət demoqrafik təzahürüdür

Əhalisinin sayı hər il sabit şəkildə artaraq 10 milyona çatan ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla demoqrafik inkişafa təkan verir.

Bakı. Əhalisinin sayı hər il sabit şəkildə artaraq 10 milyona çatan ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, sosial siyasət davamlı xarakter almaqla demoqrafik inkişafa təkan verir. Dünyanın bir çox ölkəsində əhali sayında azalma müşahidə edildiyi halda, Azərbaycanda əhalinin artımı davam edir. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də davamlı olaraq yaxşılaşması özünü göstərir. Bu amillər isə demoqrafik inkişaf üçün vacib şərtlər sırasındadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş (o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) idisə, 2018-ci ildə bu göstərici 75,6 yaşa (o cümlədən kişilər arasında 73,1 yaşa və qadınlar arasında 77,8 yaşa) çatıb. Əhalinin artımı qarşısında genişmiqyaslı tədbirlər görülür, yeni uşaq bağçaları və məktəblər, müalicə müəssisələri, idman kompleksləri istifadəyə verilir. Dövlət başçısı Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda bildirib: “Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətli getsin, artan əhali işlə təmin olunsun”. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla, ölkəmizdə davamlı demoqrafik inkişafın təmin edilməsi üçün əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramı layihəsi hazırlanıb ki, layihədə ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliği, ailələrə, xüsusilə gənc ailələrə sosial-iqtisadi dəstəyin gücləndirilməsi, əhalinin reproduktiv sağlamlığının, habelə ana və uşaqların mühafizəsinin gücləndirilməsi, həyat şəraitinin təhlükəsizliyinin yüksəldilməsi, miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi kimi prioritet istiqamətlər müəyyən olunub. Bununla yanaşı, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” da mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir. Hazırda ölkəmizdə demoqrafik vəziyyətin qiymətləndirilməsi və təkmil proqnozlaşdırma metodologiyasının yaradılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Əhali Fondu ilə birgə işlər aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
"Gəncəbank" ASC-nin kreditorlarının diqqətinə! like
  • 08 Apr 10:40  
Digərləri "Gəncəbank" ASC-nin kreditorlarının diqqətinə!

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Gəncəbank" ASC

arrow Ətraflı
İstanbulBakı marşrutu ilə ilk blok qatarı qəbul edilib  FOTO like
  • 08 Apr 10:39  
Digərləri İstanbulBakı marşrutu ilə ilk blok qatarı qəbul edilib FOTO

İlk dəfə olaraq İstanbuldan Bakıya yola düşən beynəlxalq yük qatarı a

arrow Ətraflı
Gənc bədii gimnastlarımız Polşada 5 medal qazandılar (FOTO) like
  • 08 Apr 10:33  
Digərləri Gənc bədii gimnastlarımız Polşada 5 medal qazandılar (FOTO)

Gimnastika yarışları ilə zəngin olan bu həftəsonu bədii gimnastlarımız

arrow Ətraflı
Tələbə qəbulu aprelin 15dək davam edəcək like
  • 08 Apr 10:30  
Digərləri Tələbə qəbulu aprelin 15dək davam edəcək

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı

arrow Ətraflı
Türkiyədə kütləvi zəhərlənmə olub like
  • 08 Apr 10:29  
Digərləri Türkiyədə kütləvi zəhərlənmə olub

Türkiyənin Mersin vilayətində kütləvi zəhərlənmə baş verib.

arrow Ətraflı
Ərdoğan prezident səlahiyyətlərini vitseprezidentə təhvil verdi like
  • 08 Apr 10:25  
Dünya Ərdoğan prezident səlahiyyətlərini vitseprezidentə təhvil verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prez

arrow Ətraflı
Soğan ucuzlaşdı, pomidor bahalaşdı  İranda like
  • 08 Apr 10:21  
Dünya Soğan ucuzlaşdı, pomidor bahalaşdı İranda

İranda son günlər soğanın ixracına tətbiq olunan qadağa bu məhsulun 40%

arrow Ətraflı
Xəzəri çirkləndirən istirahət mərkəzlərinin ADLARI açıqlandı like
  • 08 Apr 10:16  
Digərləri Xəzəri çirkləndirən istirahət mərkəzlərinin ADLARI açıqlandı

Xəzərin şimaldan cənubadək sahil zolağında fəaliyyət göstərən istira

arrow Ətraflı
Sumqayıtda məcburi köçkünlər üçün yeni marşrut xətti açıldı like
  • 08 Apr 10:13  
Digərləri Sumqayıtda məcburi köçkünlər üçün yeni marşrut xətti açıldı

Sumqayıtda məskunlaşmış məcburi köçkünlər üçün yeni maşrut xətti

arrow Ətraflı
Röya: “Gözəllər mənim yanımda özünü yormasın” like
  • 08 Apr 10:12  
Şou-biznes Röya: “Gözəllər mənim yanımda özünü yormasın”

Röya Ayxan bir müddətdir ara verdiyi İnstaqram “Story” paylaşımlarına

arrow Ətraflı
Türkiyədə avtobus aşıb: 30-dan çox yaralı like
  • 08 Apr 10:09  
Digərləri Türkiyədə avtobus aşıb: 30-dan çox yaralı

Türkiyənin Sakarya vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Xəzəri çirkləndirən istirahət mərkəzlərinin ADLARI açıqlanıb like
  • 08 Apr 10:04  
Digərləri Xəzəri çirkləndirən istirahət mərkəzlərinin ADLARI açıqlanıb

Xəzərin şimaldan cənubadək sahil zolağında fəaliyyət göstərən istira

arrow Ətraflı