İstanbulBakı marşrutu ilə ilk blok qatarı qəbul edilib FOTO


Digərləri 08 Apr 2019 10:39:00 389 0

İstanbulBakı marşrutu ilə ilk blok qatarı qəbul edilib  FOTO

İlk dəfə olaraq İstanbuldan Bakıya yola düşən beynəlxalq yük qatarı aprelin 5-də Bakıya çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qatar Abşeron Logistika Mərkəzində qarşılanıb. Qarşılama mərasimində açılış sözü ilə Abşeron Logistika Mərkəzinin baş direktoru Ziya Ağayev çıxış edib.

Z.Ağayev məlumat verərək bildirib ki, təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının dəstəyi ilə Abşeron Logistika Mərkəzi tərəfindən həyata keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.

Şərq-Qərb Nəqliyyat Dəhlizi çərçivəsində baş tutan bu yük daşıması ölkə iqtisadiyyatı üçün də cox böyük əhəmiyyət kəsb edir.

Ölkə başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib.

Belə ki, Azərbaycanın çox əlverişli coğrafi mövqedə yerləşməsi tranzit potensialının artırılması istiqamətində əvəzsiz rol oynayır, bununla da büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır.


Xəbərə aid fotolar