Soğan ucuzlaşdı, pomidor bahalaşdı İranda


Dünya 08 Apr 2019 10:21:00 196 0

Soğan ucuzlaşdı, pomidor bahalaşdı  İranda

İranda son günlər soğanın ixracına tətbiq olunan qadağa bu məhsulun 40% ucuzlaşmasına gətirib çıxarıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Tehran Meyvə və Tərəvəz Satıcıları Assosiasiyasının direktoru Həsən Sabiri Herəndi açıqlamasında deyib.

S.Herəndinin sözlərinə görə, əvəzində pomidora tətbiq olunan ixrac qadağasının aprelin 4-dən ləğv edilməsi ilə bu məhsulun qiyməti 2 dəfə artıb.

Direktor əlavə edib ki, meyvə-tərəvəz bazarlarında 1 kiloqram pomidorun qiyməti 50 min riala (təxminən 1,19 dollar) bahalaşıb.