Gimnastımız beynəlxalq turnirdə bürünc medal qazandı


Digərləri 08 Apr 2019 09:17:33 176 0

Gimnastımız beynəlxalq turnirdə bürünc medal qazandı

Almaniyanın paytaxtı Berlində keçirilən idman gimnastikası üzrə ənənəvi "Junior Team Cup" adlı beynəlxalq turnirin qaliblərinin adları müəyyənləşib.

Son.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 26 ölkədən 140 gənc gimnastın toplaşdığı turnirdə ölkəmizi təmsil edən, Yeniyetmələrin Olimpiya Oyunları 2018-in iştirakçısı Səməd Məmmədli həmyaşıdları arasında fərqlənərək, bürünc medala layiq görülüb. Gimnastımızın dəstəli atda çıxışını hakimlər 12.850 xalla dəyərləndirib. Səməd turnikdəki nümayişinə görə də final mərhələsinə yüksəlib və yekunda 11.550 xalla 6-cı olub.