Mir Əhməd xan Talışinskinin həyat yoldaşına hədiyyəsi Xan sarayı FOTO


Digərləri 08 Apr 2019 04:30:00 271 0

Mir Əhməd xan Talışinskinin həyat yoldaşına hədiyyəsi  Xan sarayı  FOTO

Lənkəran xanlarının sonuncusu olan Mir Əhməd xan Talışinskinin Tiflis şəhərində keçirilən gözəllik müsabiqəsinin qalibi olmuş həyat yoldaşı Tuğra xanımın şərəfinə 1913-cü ildə tikdirdiyi möhtəşəm saray dünya arxitekturasının nadir incilərindən biridir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fransalı memarın layihəsi əsasında inşa edilən bu tarixi abidənin tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub. Sarayın fasadları əlvan naxışlarla zəngindir.

Bina tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib.

Üçmərtəbəli saray Lənkəranın ilk çoxmərtəbəli binası olub.

Binanın şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daş işlənib, Şərq və Cənub fasadları isə yalnız kərpicdən hörülüb.

Evin giriş hissəsi şimal fasadında yerləşir və ağ daşdandır. Şimal-Qərb fasadının birinci mərtəbəsinin küncündən bir sütun qalxır. Sütunun üstündən ikinci mərtəbə üçün ekker (bucaq qurmaq üçün vasitə) tikilib. Ekker dörd dəmir günbəzlə örtülüb.

Xan evinin tikintisində həm Qərb, həm də Şərq memarlıq elementlərindən məharətlə istifadə edilib. Bu isə binaya xüsusi orijinallıq və gözəllik verir.

Binanın birinci mərtəbəsində Mir Əhməd xanın qəbul və qonaq otaqları, ikinci mərtəbəsində Tuğra xanımın otaqları, üçüncü mərtəbədə isə keşikçilərin gözləmə otağı və silah anbarı olub.


Xəbərə aid fotolar