Günün qoroskopu: Peşəkar məsələlər xeyli güc tələb edir


Digərləri 08 Apr 2019 00:01:00 263 0

Günün qoroskopu: Peşəkar məsələlər xeyli güc tələb edir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz.

Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

Buğa - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısınıda sizə böyük üstünlük qazandırır.

Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.

Əkizlər - Bu gün öz işlərinizi bir kənara qoyub, başqalarının maraqlarını müdafiə edəcək, ətrafınızdakıları sevindirəcəksiniz. Kimsə sizin xeyirxahlığınızdan sui-istifadə etməyə çalışmayacaq, odur ki, insanlara yardım etmək həvəsinizi boğmayın. Peşəkar əlaqələrinizi möhkəmlətmək zamanıdır. Çoxdankı iş ortaqlarınızla görüşə bilərsiniz, güman ki, onlar sizə maraqlı təkliflər edəcəklər.

Bu gün bilik ehtiyatlarınızı genişləndirin, elmi ədəbiyyat oxuyun. Bir qədər yüngül əyləncələrə də baş vurmaq olar, dostlarınızın əhatəsində gözəl vaxt keçirə bilərsiniz.

Xərçəng - Ehtiyacınız olan dəstəyi vaxtında alacaq və onun sayəsində bir çox problemlərinizin öhdəsindən gələcəksiniz. Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez gəlməyin yolunu tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın gerçəkləşdirilməsinə də vaxt qalar. İşgüzar görüşlər uzansa da, istədiyinizə çata bilərsiniz.

Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz barədə açıq danışın. Başqalarının işlərinə qarışmaqdan çəkinməyin - bu yalnız hamının xeyrinə olar. Günün ikinci yarısı uğurlu alış-veriş edə bilərsiniz.

Şir - Yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür.

Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.

Qız - Düzgün yanaşma sayəsində bir çox problemləri həll etmək mümkün olacaq. Başqalarının əhəmiyyət vermədikləri faktları, bütün işin gedişatına təsir edə biləcək xırda detalları vaxtında görür və düzgün qiymətləndirirsiniz. Ətrafınızdakılara kömək edin - başqaları üçün etdikləriniz özünüzə də xeyirlidir.

Birlikdə oxuduğunuz, yaxud hansısa layihə üzərində işlədiyiniz insanlarla ünsiyyət qurun. Eksperimentlər, ağıllı risk məsləhətdir. Bu gün başlanan eşq macərası başgicəlləndirici olacaq.