Departament rəhbəri: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azəbaycanın qeyrineft sektorunda ən böyük paya malik olacaq VİDEO


Digərləri 07 Apr 2019 23:05:00 274 0

Departament rəhbəri: Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azəbaycanın qeyrineft sektorunda ən böyük paya malik olacaq  VİDEO

"Logistic Hub" Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafında ən önəmli layihələrdən biridir.

Son.az bildirir ki, bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının departament rəisi Xudayar Həsənli deyib.

X.Həsənli Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, bu sahədə həyata keçirilən ən iri layihələrdən birinin "Logistic Hub" olduğunu bildirib:

"Logistic Hub" deyəndə burada təkcə liman yox, kompleks şəkildə həm də azad zona, dəmir yolu, gəmiçilik, yükdaşma və tranzit nəzərdə tutulur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə bunların düz mərkəzində yer tutur. Bu, Azərbaycanda qeyri-neft sektoruna birbaşa xidmətdir".

O əlavə edib ki, gələcəkdə yükaşırma potensialını 25 milyon ton, o cümlədən 500 000 TEU konteyner nəzərdə tutan ikinci fazadan sonra Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nəinki Azəbaycanda, bütün regionda ən böyük liman kimi ölkəmizin qeyri-neft sektorunda ən böyük paya malik ola biləcək.