Batumi limanından Azərbaycana yük daşımalarının həcmi açıqlanıb


Digərləri 07 Apr 2019 22:30:00 246 0

Batumi limanından Azərbaycana yük daşımalarının həcmi açıqlanıb

2019-cu ilin yanvar-mart ayları ərzində Gürcüstanın Batumi limanı vasitəsi ilə Azərbaycana yük daşımalarının ümumi həcmi 85 738 ton təşkil edib. Son.az xəbər verir ki, bu barədə Trend-ə Batumi limanından bildiriblər.

Agentliyin nümayəndəsinin sözlərinə görə, həmin həcmin 62 691 tonu xam şəkərin üzərinə düşür.

"Bundan başqa 2019-cu il yanvar-mart ayları ərzində Azərbaycana Batumi limanı vasitəsi ilə 12 836 ton palma yağı, 6 603 ton soya və 3 608 ton qarğıdalı yağı gətirilib", - deyə mənbə bildirib.