Yığılması çətin, bişirilməsi rahat VİDEO FOTO


Digərləri 07 Apr 2019 22:15:00 270 0

Yığılması çətin, bişirilməsi rahat  VİDEO  FOTO

El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Bir çoxunun adını belə eşitmədiyi quzuqarnını meşəliklərdən martın əvvəllərindən başlayaraq cəmi 20-25 gün ərzində toplamaq olar. Hava rütubətli olduqda bu göbələyə daha çox rast gəlinir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, quzuqarnının bir kiloqramı 10-15 manata satılır. Bu göbələyin yığılması zövqlü məşğuliyyət olsa da, bunun da öz çətinliyi var. Bir gün ərzində meşədən maksimum 4-5 kiloqram quzuqarnı toplamaq olar.

Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra bir neçə dəqiqə suda qaynadılır. Sonra xırda doğranmış soğanla birlikdə qovurulur. Bişdikdən sonra üzərinə yumurta vurularaq süfrəyə verilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq mümkündür.


Xəbərə aid fotolar