Hər gün bu meyvədən 57 qram yeyin və... Alimlərdən xərçənglə bağlı İNQİLABİ ADDIM


Digərləri 07 Apr 2019 22:20:00 248 0

Hər gün bu meyvədən 57 qram yeyin və...  Alimlərdən xərçənglə bağlı İNQİLABİ ADDIM

Gündə cəmi iki unsiya (təxminən 57 qram) qozun istehlakı təxminən iki həftə ərzində süd vəzisi xərçəngi zamanı genlərin ekspressiyasını gözəçarpacaq dərəcədə dəyişdirir.

Son.az xəbər verir ki, belə nəticəyə Marşall Universitetindən (Qərbi Virciniya ştatı, ABŞ) olan alimlər gəlib.

Universitetin biotibb elmləri kafedrasının professoru və tədqiqatın aparıcı müəllifi Eleyn Hardman qeyd edib ki, qozdan istifadə süd vəzisi xərçənginin inkişafını yavaşıdır.

Süd vəzisi diaqnozu qoyulan 10 qadın kliniki tədqiqat üçün cəlb olunub. Toxuma nümunələrin alınmasından sonra onları iki qrupa bölüblər. Bir qrupdakı pasiyentlər gündəlik iki unsiya qoz istehlak ediblər. İki həftə sonra bütün pasiyentlərdə şişin götürülməsi üzrə əməliyyat keçirilib və toxuma nümunələri yenidən götürülüb. Müayinələr qoz istehlakına görə, genlərin ekspressiyasını gözəçarpacaq dərəcədə dəyişdiyini üzrə çıxarıb.