Avtobusa minmək istəyərkən vurulan piyada öldü


Digərləri 07 Apr 2019 22:00:00 248 0

Avtobusa minmək istəyərkən vurulan piyada öldü

Gəncədə piyadanın xəsarət alması ilə  nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin "Skonnu" adlanan ərazisində mikroavtobusa minmək üçün nəqliyyat vasitəsinin qabağına qaçan yaşlı kişini mikroavtobus vurub. Sürücü ağır xəsarət alan piyadanı xəstəxanaya aparıb. Yaşlı kişinin kimliyi hələ ki, məlum deyil. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Onun kimliyi araşdırılır.