Dünyanın ilk qapalı ticarәt mərkəzi KAPALIÇARŞI FOTO


Digərləri 07 Apr 2019 21:45:00 219 0

Dünyanın ilk qapalı ticarәt mərkəzi  KAPALIÇARŞI  FOTO

Dünyanın ilk qapalı ticarәt mәrkәzinin, yәni üstüörtülü bazar yerinin İstanbuldakı ''Kapalıçarşı'' olduğunu bilirsinizmi? Nəhəng ölçülü bir labirint kimi, 60-a qədər küçəsi, üç mindən çox dükanı ilə Qapalı çarşı, İstanbulun bənzərsiz məkanı, hər bir turistin görməli olduğu yerdir.

Son.az ölkə.az-a istinadən bu tarixi məkan haqqında kiçik yazını təqdim edir. Məlumata görə, ''Kapalıçarşı'' dunyanın әn qәdim  ticarәt mәrkәzidir. 1461-ci ildә Fatih Sultan Mehmetin göstərişi ilә inşa olunan ''Kapalıçarşı'' tarixi alış-veriş mәrkәzidir. Qapalı çarşı günün hər saatında hərəkətli və izdihamlıdır.

"Kapalıçarşı''da 3600-dәn çox mağaza mövcuddur. Bu qәdim ticarәt mәrkәzinin sahәsi 30 min 700 kvadratmetrdir. 

Bundan başqa onun 22 qapısı və 3600 dükanı vardır. Burada 97 ədəd məmulat satılmaqdadır.