Doğum gününü tanımadığı, adını ilk dəfə eşitdiyi şəhərdə qeyd edən azərbaycanlı səyyah FOTO


Digərləri 07 Apr 2019 21:40:00 258 0

Doğum gününü tanımadığı, adını ilk dəfə eşitdiyi şəhərdə qeyd edən azərbaycanlı səyyah  FOTO

İlqar Mirzə: "Öncədən plan qururam və hər maaşımda səyahətimin bir komponentini tamamlayıram" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, səyahət xatirələrini danışmaq çox gözəldir, illər keçdikcə, anlayırsan ki, həqiqətən, insana qalan səyahətdir. Səyahətlərinin çoxunu işlə bağlı etsə də, getdiyi şəhərin maraqlı, turistik yerlərinə də baş çəkir. Təxminən, 30-dan çox ölkədə olub, amma hələ ki Afrika qitəsinə ayaq basmayıb. Ona görə, növbəti səyahətlərini Afrika ölkələrindən birinə etməyi düşünür. "Səyyah" rubrikamızın budəfəki qonağı hobbisi səyahət etmək  olan reklam və marketinq agentliyinin rəhbəri İlqar Mirzədir.

Həmsöhbətim qeyd edir ki, ilk səyahət təcrübəsi Türkiyəyə olub: "İlk səyahətim 2006-cı ildə işlə bağlı Türkiyənin ən böyük şəhərlərindən biri İstanbula oldu. Çox xoş təəssürat aldım və məndə yavaş-yavaş Avropanı görmək istəyi yarandı. Amma həmin dövrdə səyahət etmək indiki kimi asan deyildi, şərtlər və imkanlar çətin idi. Ən önəmlisi, xarici dil bilgisi mütləq idi. Dil bilgim müəyyən qədər var idi, işlə bağlı beynəlxalq şirkətlərlə yazışmalarım olurdu, lakin danışmağa çəkinirdim deyə, xarici ölkələrə getməyə tərəddüd edirdim. Bir dəfə necə oldusa, yenə işlə bağlı bir məsələdə yazışmalı yox, danışmalı oldum. Beləcə, kompleksimi aşdım. Nəticə etibarilə səyahət etməyim üçün əngəl olan ilkin mərhələni keçdim. Daha sonra xarici ölkələrdə olan müxtəlif istiqamətli təlim proqramlarına qoşuldum və səyahətlərim belə başladı. Yəni hansısa təlim üçün xarici ölkəyə gedəndə, bir neçə saat təlimdə olurdumsa, vaxtımın qalan hissəsini şəhəri gəzməyə sərf edirdim. Zamanla hiss etdim ki, səyahət məndə tələbata çevrilir. Bizim işimiz yaradıcılıq tələb edir. Ona görə, daim mənəvi qidaya ehtiyacımız olur. İldə bir dəfə də olsa, harasa səyahət etmək lazımdır". 

- Qeyd edirsiniz ki, səyahətlərinizin çoxu iş və təlimlərlə bağlı olub. Maraqlıdır, ən uzunmüddətli və ən qısamüddətli səyahətiniz hansı ölkəyədir?

- Bir neçə il əvvəl ixtisasartırma ilə bağlı təhsil proqramına qoşuldum və 1 il Polşada qaldım. Əgər bunu saymasaq, Amerika səfirliyinin təşkil etdiyi beynəlxalq proqramla 20 günlük səyahətim olub. Ən qısa səyahətimə gəlincə isə Gürcüstana, Türkiyəyədir. Əslində, bunları tam da səyahət hesab etmək olmaz. Bir çoxu işlə bağlı olduğu üçün təyyarə ilə səhər gedib, axşam qayıdıram.   - Dünya xəritəsində gəzdiyiniz ölkələri qırmızı, gəzmədiklərinizi göylə işarələsək, hansı rəng üstünlük təşkil edər?

- (Gülür). Təbii ki, göy rəng. Gəzmədiyim ölkələr daha çoxdur. Təqribən, 30-dan çox ölkədə olmuşam. Bunlar isə daha çox Avropa ölkələridir. Səyahətlərimin böyük əksəriyyətini Polşada təhsil aldığım dövrdə etmişəm. Oradan bir çox ölkəyə, şəhərlərə səyahət etmək ucuz başa gəlirdi.   - Elə ölkələr varmı, heç olmayıbsınız, amma görməyi çox istəyərdiniz?

- Əlbəttə. Məsələn, Afrika qitəsinə ayaq basmamışam. Bu il ora səyahət etməyi planlayıram. Həmçinin Asiya ölkələri arasında da kəşf etmədiklərim var. Məncə, səyahətlər mərhələli şəkildə olur. Yeni səyahətə başlayanlar daha çox böyük və tanınmış şəhərlərdə olmağa üstünlük verirlər. Amma ikinci mərhələdə artıq öyrəşdiyin şəhər mühitini yox, qeyri-adi nələrsə görmək üçün kiçik, hamının getmədiyi yerlər axtarırsan.

- Böyük şəhərlərlə, kiçiklərin fərqi nədir?

- Kiçik şəhərlərin maraqlı xüsusiyyəti var. Orada koloriti hiss eləmək olur, amma böyük şəhərlərdə bu, mümkün deyil. Böyük şəhərlərdə turistlər çox olur deyə, yerli xalqın adət-ənənəsini görmək, onlarla əlaqədə olmaq olmur. Kiçik şəhərlərin digər üstünlüyü isə odur ki, orada muzeylərin çoxu pulsuz olur. Yəni böyük şəhərlərdə sistem elə qurulub ki, çox pul xərcləməli olursan.   - Qeyd etdiniz ki, 30-dan çox ölkədə olubsunuz. Yadınızda qalanların adını deyə bilərsiniz?

- Hə, bilmirəm tarixi, yoxsa coğrafi ardıcıllıqla sayım (gülür). Ən yaxşısı, coğrafi ardıcıllıqla xəritəni gözümün önünə gətirərək sayım. Qazaxıstan, Gürcüstan, Ukrayna, Türkiyə, Bolqarıstan, Belarus, Latviya, Litva, Estoniya, Finlandiya, Almaniya, Polşa, Çexiya, Slovakiya, Belçika, Fransa, İtaliya, İspaniya, Macarıstan, Rusiya, ABŞ.   - Səyahət dövründə yadınızda qalan bir hadisəni bizimlə bölüşə bilərsiniz?

- Əslində, hər ölkədə yaddaqalan hadisə olur. Mənim üçün ən yadda qalanlarından biri İtaliya səfərim zamanı baş verdi. İtaliyada qalmaq üçün yer axtarırdım. Qərara gəldim ki, xəritədən şəhər seçim. Xəritəyə uyğun olaraq internetdə də bu ölkədə ən ucuz ev kirayə verən şəhəri axtardım. Breşia adlanan bir şəhər tapdım, hansı ki, ömrümdə ilk dəfə idi adını eşidirdim. Şəhər haqqında bir az araşdırma etdim. Dedilər, sakitlik istəyirsinizsə, Breşiaya gedin. Mən də tənbəllik etməyib, adını ilk dəfə eşitdiyim şəhərə yollandım. Həmin gün də doğum günüm idi. Ad günümü tanımadığım, adını ilk dəfə eşitdiyim şəhərdə keçirdim. O qədər qeyri-turistik şəhərdir ki, evini kirayə verənlər ancaq italyanca bilir, başqa dildə danışmırlar. Evini kirayəyə götürdüyüm xanımla çətinliklə dil tapdım. Evi kirayələmək üçün şəxsiyyət vəsiqəmi verəndə, doğum günüm olduğunu bilib, məni italyanca təbrik elədi. Mən də italyanca bilmirəm, eləcə "qrasias, qrasias" deyib keçdim. 

- Tək, yoxsa qrup şəklində səyahət etmək yaxşıdır?


Xəbərə aid fotolar