Azərbaycanda qədim nekropolda maddi mədəniyyət nümunələri aşkarlanıb


Digərləri 07 Apr 2019 20:05:00 211 0

Azərbaycanda qədim nekropolda maddi mədəniyyət nümunələri aşkarlanıb

Goranboyda son tunc-erkən dəmir dövrünə aid nekropolda maddi mədəniyyət nümunələri aşkar olunub.

Son.az Trend-ə istinadən bildirir ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparır.

Arxeoloji tədqiqatlar Goranboy rayonunun Səfikürd kəndi ərazisində Qarasu dərəsinin sağ sahilində yerləşən Qarasu dərəsi nekropolunda aparılır. Son tunc-erkən dəmir dövrünə aid nekropolda aparılan tədqiqatlar zamanı zəngin maddi mədəniyyət nümunələri aşkar edilib.