"Vayn" incəsənətdir yoxsa, biznes? VİDEO FOTO


Digərləri 07 Apr 2019 19:15:00 207 0

"Vayn" incəsənətdir yoxsa, biznes?  VİDEO  FOTO

Son dövrlər sosial şəbəkələrdə hər kəs tərəfindən maraqla izlənən videobloklara hərə bir cür ad verir. Bəziləri vayn digərləri isə qısametrajlı film deyir. Səhnəciklər formasında hazırlanan bu videogörüntüləri incəsənət hesab etmək olar?

Son.az bildirir ki, AZƏRTAC bu suala tanınmış incəsənət adamları və videoblogerlərlə birgə cavab tapmağa çalışıb.

İlk müsahibimiz Əməkdar artist İntiqam Soltan sosial şəbəkələrdə yayılan kiçik tamaşaların və filmlərin incəsənətə aid olmadığını bildirib. O qeyd edib ki, orada incəsənət adamı da çalışa bilər işləyə bilər. Ancaq bunun incəsənətin bir növü kimi təqdim etmək düzgün deyil. Bu bizneslə şounun bir arada olduğu sahədir. Əməkdar artist video çəkilişlərdə heç bir peşəkarlığın olmadığını vurğulayıb. "Gənclərə demək istəyirəm ki, çox yaxşı olardı bu çəkilişlərdə aktyorluq bacarıqlarını artırsınlar, danışıq formasına, kamera qarşısındakı hərəkətlərinə diqqət etsinlər", -deyə İ.Soltan bildirib.

Bu sahədə fəaliyyət göstərən videoblogerlər isə sosial şəbəkələrdə nümayiş olunan videoların qeyri-peşəkar formada hazırlanmasını normal hesab edirlər. Videobloger Taleh Yüzbəyov qeyd edib ki, internetdə peşəkarlıq kriteriyası yoxdur. Burada heç bir şərtlər və məhdudiyyətlər olmadığı üçün bu sahədə fəaliyyət göstərən hər bir şəxs hazırladığı videomaterialı istədiyi formada təqdim edir.


Xəbərə aid fotolar