Lənkəranlı kolleksioner arxivində 1200ə yaxın yadigar səsi qoruyub saxlayır VİDEO FOTO


Kriminal 07 Apr 2019 19:05:00 273 0

Lənkəranlı kolleksioner arxivində 1200ə yaxın yadigar səsi qoruyub saxlayır  VİDEO  FOTO

Bir vaxtlar dəb halını alan kolleksiya toplamaq adəti son illər unudulmaqdadır. Xüsusilə bölgələrdə bu işə maraq itmək üzrədir. Amma elə bölgələrimiz də var ki, orada barmaqla sayılacaq qədər olsa da, kolleksiya toplayanlar var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Lənkəranın mədəniyyət işçisi Əli Əkbərov şəxsi arxivində Azərbaycanın və bir çox ölkələrin görkəmli musiqiçilərinin lentə aldıqları 1200-ə yaxın valı qoruyub saxlayır.

Lənkəranın Cil kəndində anadan olan Əli Əkbərov 1990-1993-cü illərdə Mədəni Maarif Texnikumunda Mais Salmanov, Bəhruzə Məmmədova, Mikayıl Mirzə kimi ölməz sənətkarlardan dərs alıb. Hazırda Lənkəranın Şağlaser kənd sənətkarlıq evində işləyən kolleksioner şəxsi arxivini 30 ildən çoxdur yaradıb. Musiqiyə hədsiz marağının olması onu uşaqlıq illərindən bu sənətə bağlayıb. O, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Bülbül, Zeynəb Xanlarova, Rəşid Behbudov, İslam Rzayev, Arif Babayev, Nəzakət Məmmədova, Lütfiyar İmanov, Xeyrənsə Məmmədova kimi Azərbaycanın görkəmli sənətkarlarının musiqi albomlarını əldə edərək arxivini daha da zənginləşdirib. Kolleksiyasına sonuncu daxil etdiyi musiqi valları isə Əlövsət Sadıxov və Həqiqət Rzayevanın ifasında olan musiqi albomlarıdır. O, kolleksiyasında Azərbaycanın tanınmış muğam ifaçıları ilə yanaşı, ötən əsrdə oxumuş və yaşamış əcnəbi sənətkarların da səsini qoruyub saxlayır.

Əl Əkbərov məşhur kino aktyorlarının vallarını da şəxsi arxivinə daxil etdiyini bildirir: "Kolleksiyamda Hindistanda buraxılan orijinal vallara da rast gəlmək mümkündür. Rac Kapurun kinofilmlərinə yazılmış valları, İranın və Türkiyənin sənət adamlarının musiqi albomlarını əldə etmişəm. SSR-nin xalq artistləri Alla Puqaçova, Sofiya Ratarova və Tacikistanın xalq artistlərinin musiqi albomlarını da şəxsi arxivimdə qoruyub saxlayıram."


Xəbərə aid fotolar