Xaçmazda sahibkar qadının müəmmalı qətlindən 9 il keçir,


Kriminal 07 Apr 2019 17:26:00 71 0

Xaçmazda sahibkar qadının müəmmalı qətlindən 9 il keçir,

Xaçmazda sahibkar qadının müəmmalı qətlindən 9 il keçir, qatil isə hələ də tapılmayıb

Artıq 9 ildir iş adamı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xaçmaz rayonundakı "Arzu" MMC-nin təsisçisi və direktoru, 73 yaşlı Nəcimə Babayevanın qətli bu günə kimi müəmma olaraq qalır. Uzun illər ərzində iş adamının hansı səbəbdən öldürülməsi, cinayətin kim(lər) tərəfindən törədilməsini istintaq çözə bilməsə də, mərhumun yaxınları analarının sifarişli şəkildə killer tərəfindən öldürüldüyünü iddia edirlər.

Bir qətlin tarixçəsi

Virtualaz.org-un xəbərinə görə, iş adamı 15 sentyabr 2010-cu ildə Xaçmaz rayonunun Muskal küçəsi, 15 ünvanında yerləşən üçmərtəbəli evinin birinci mərtəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun meyitini səhər tezdən ilk olaraq evin xadiməsi Məlahət Məmmədova aşkar edib. Belə ki, N.Babayeva səhər saatlarında özü xadimə ilə əlaqə saxlayaraq, onlara gəlib, mənzildə təmizlik işləri aparmasını istəyib. Xadimə sözügedən ünvana gələrkən darvazanın açıq, mətbəxdə ev sahibəsinin qan içində olduğunu görüb və qışqırıb küçəyə qaçıb. Xadimənin qışqırıq səsinə mərhumun evin üçüncü mərtəbəsində yatan qızı Gülnarə yuxudan ayılıb. Birinci mərtəbəyə düşüb, mətbəxdə anasının meyitini görüb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılıb. Sonradan istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb.

73 yaşlı qadın niyə öldürülüb?

Mərhumun yaxınları deyir ki, aradan 9 il ötməsinə baxmayaraq, bu günə qədər N.Babayevanın nə qatili, nə də qətlin sifarişçisi həbs olunub.

Nəcimə Babayeva

Onu da deyək ki, ailənin faciəsi təkcə ananın ölümü ilə bitməyib. Hadisədən iki il sonra mərhumun qızı, 49 yaşlı Təranə Həbibova bacısının yaşadığı binanın beşinci mərtəbəsindən özünü atıb. Onun niyə intihar etməsinin səbəbləri də bu günə kimi bilinmir.

Göründüyü kimi, qaranlıq məqamlar çoxdur...

Mərhumun qızı Gülnarə Həbibova deyir ki, anasının killer tərəfindən öldürüldüyü barədə məlumat alıblar: "Biz anamızın Rusiyanın konkret hansı şəhərindən kimin sifarişi ilə gətirilən killer tərəfindən öldürülməsi barədə məlumat əldə etmişik və hüquq-mühafizə orqanlarından cinayət işinin açılması üçün əməli tədbirlər görmələrini gözləyirik".

Sahibkara olunan təzyiqlər, məhkəmə çəkişmələri

Qətlin ilk günlərindən ta indiyə kimi mərhumun ailə üzvləri, yaxınları, bütün Xaçmaz camaatı sahibkar qadının qisasçılıq məqsədilə, sifarişli şəkildə öldürüldüyünü iddia ediblər. Bu fikirlərin əsasını təşkil edənsə qətldən öncə bazarın əlindən alınması ilə bağlı sahibkara qarşı edilən təzyiqlər, çoxsaylı məhkəmə çəkişmələri olub.

Amma hədə-qorxulara, təzyiqlərə, məhkəmə çəkişmələrinə rəğmən N.Babayevanın əlindən bazarı ala bilməyiblər.

İcra başçısı ilə görüş, yandırılan bazar və...

N.Babayeva 25 ilə yaxın rayondakı Mərkəzi kolxoz bazarının direktoru olub. Bazarın bazasında "Arzu Ticarət Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib. 2006-cı ilin sonlarında xəbər yayılıb ki, bazar N.Babayevanın əlindən alınacaq və icra başçısına yaxın şəxslər bazarın yerində yeni ticarət mərkəzi tikəcəklər. Bu haqda xəbər tutan N.Babayeva bazarı satmaq qərarına gəlir. O, elə bu məqsədlə də rayonun icra başçısı Şəmsəddin Xanbabayevlə görüşür, ona bazarı satmaq istədiyini deyir.

N.Babayevanın intihar etmiş qızı Təranə Həbibova

Aslı Enverdən "İstanbullu gelin"lə bağlı qadağa like
  • 07 Apr 17:13  
Digərləri Aslı Enverdən "İstanbullu gelin"lə bağlı qadağa

Aktrisa Aslı Enver və müğənni Murad Boz cütlüyü ötən il ayrılmış, q

arrow Ətraflı
Tbilisidə yaşayış binasında partlayış olub, xəsarət alanlar var like
  • 07 Apr 17:09  
Digərləri Tbilisidə yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında mənzillərdən birind

arrow Ətraflı
Özünü məktəb binasından atan şagirdin can verdiyi anın görüntüləri yayıldı  VİDEO like
  • 07 Apr 17:07  
Digərləri Özünü məktəb binasından atan şagirdin can verdiyi anın görüntüləri yayıldı VİDEO

İntihar edən 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın xəstəxa

arrow Ətraflı
Sudanda nümayişlərdə daha 5 nəfər öldü like
  • 07 Apr 16:56  
Dünya Sudanda nümayişlərdə daha 5 nəfər öldü

Sudanın paytaxtı Xartumda 4 aydır davam edən nümayişlərin ən güclüsü

arrow Ətraflı
Özünə qəsd edən məktəbli qız ətrafında qalmaqal böyüyür... like
  • 07 Apr 16:50  
Digərləri Özünə qəsd edən məktəbli qız ətrafında qalmaqal böyüyür...

162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı hadisəsi ətrafın

arrow Ətraflı
Xalq artistindən efirdə qızına qadağa... like
  • 07 Apr 16:43  
Şou-biznes Xalq artistindən efirdə qızına qadağa...

Xalq artisti Canəli Əkbərov qızı ilə bağlı etiraf edib. 

arrow Ətraflı
Səbail rayonunda ağacəkmə aksiyası keçirilib (FOTO) like
  • 07 Apr 16:31  
Digərləri Səbail rayonunda ağacəkmə aksiyası keçirilib (FOTO)

Aprelin 7-si Səbail rayonunda ağacəkmə aksiyası keçirilib

arrow Ətraflı
Ukraynanın Macarıstandakı səfiri XİNə çağırıldı like
  • 07 Apr 16:23  
Dünya Ukraynanın Macarıstandakı səfiri XİNə çağırıldı

Ukraynanın Macarıstandakı səfiri Lyubov Nepol ölkənin xarici işlər nazir

arrow Ətraflı
Türkiyədə antiterror əməliyyatı: 5 terrorçu məhv edilib like
  • 07 Apr 16:15  
Digərləri Türkiyədə antiterror əməliyyatı: 5 terrorçu məhv edilib

Türkiyənin Şırnka əyalətində antiterror əməliyyatı keçirilir

arrow Ətraflı
ABŞ Liviyadan əsgərlərini çıxardı like
  • 07 Apr 16:10  
Dünya ABŞ Liviyadan əsgərlərini çıxardı

Amerika Birləşmiş Ştatları (ABŞ) Liviyadakı hərbi birləşmələrini ç

arrow Ətraflı
Tramp Qolan təpələrindən danışdı: “Birdən “bum” və həll etdik...” like
  • 07 Apr 16:03  
Dünya Tramp Qolan təpələrindən danışdı: “Birdən “bum” və həll etdik...”

ABŞ prezidenti Donald Tramp Qolan təpələrini İsrailin tərkibi kimi tanıma

arrow Ətraflı
Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilib (FOTO) like
  • 07 Apr 15:50  
Digərləri Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilib (FOTO)

Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması mü

arrow Ətraflı
Bakıda “On milyon” adlı fleşmob keçirilib  FOTO  VİDEO like
  • 07 Apr 15:50  
Digərləri Bakıda “On milyon” adlı fleşmob keçirilib FOTO VİDEO

Heydər Əliyev Mərkəzinin qarşısında Nərimanov Rayon İcra Hakimiyyəti v

arrow Ətraflı
Azərbaycanda 2025ci ilədək yaş barama istehsalı 6 min tona çatdırılacaq like
  • 07 Apr 15:43  
Digərləri Azərbaycanda 2025ci ilədək yaş barama istehsalı 6 min tona çatdırılacaq

Azərbaycanda 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatd

arrow Ətraflı