Tramp Qolan təpələrindən danışdı: “Birdən “bum” və həll etdik...”


Dünya 07 Apr 2019 16:03:00 194 0

Tramp Qolan təpələrindən danışdı: “Birdən “bum” və həll etdik...”

ABŞ prezidenti Donald Tramp Qolan təpələrini İsrailin tərkibi kimi tanımaq barədə qərarı necə qəbul etməsindən danışıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı belə bir addımı tarixlə bağlı qısa araşdırmadan sonra atdığını söyləyib.

Las-Veqasda Respublikaçı Yəhudilər Koalisiyasının yığıncağında nitq söyləyən Donald Tramp Yaxın Şərqdə sülhün əldə olunması ilə bağlı müşavirlərlə görüş zamanı öz fikrini qətiləşdirdiyini deyib. Həmin görüşdə onun kürəkəni Cared Kuşner və ABŞ-ın İsraildəki səfiri Devid Fridman da iştirak edib.

"Mən belə dedim: Uşaqlar mənə bir məsələdə kömək edin. Tarixlə bağlı kiçik, lakin faydalı kurs keçin. Lakin cəld olun. Mənim Çin və Şimali Koreya kimi başqa problemlərim də var", - deyən Donald Trampın bu sözləri zalda gülüşməyə səbəb olub.