Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilib (FOTO)


Digərləri 07 Apr 2019 15:50:00 229 0

Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilib (FOTO)

Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib

Bakı. Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. 7 aprel 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, Nərimanov rayonu təsərrüfat xidmətləri işçiləri, idarə, təşkilat, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, Bakı Metropoliteninin yeni təmir olunmuş Bakmil Stansiyasının yaxınlığında, 1300 kvadrat metr ərazidə, 500 ədəd iqlimə uyğun ağac əkilib. Aksiyada 250 nəfər iştirak edib.