AZAL bu gündən İstanbul reyslərini yeni hava limanına həyata keçirəcək


Digərləri 07 Apr 2019 14:43:00 225 0

AZAL bu gündən İstanbul reyslərini yeni hava limanına həyata keçirəcək

"Atatürk" hava limanının bağlanması ilə əlaqədar olaraq bu gündən etibarən AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri yeni hava limanına ("Istanbul New Airport") həyata keçiriləcək.

Son.az müsavat.com-a istinadən xəbər verir ki, 2019-cu ilin yay uçuş cədvəli (31 martdan - 26 oktyabradək) çərçivəsində "Azərbaycan Hava Yolları" Bakı-İstanbul-Bakı marşrutu üzrə gündə üç reys, 1 may tarixindən 6 oktyabr tarixinədək isə gündə dörd reys həyata keçirəcək.

Yeni hava limanı İstanbulun Avropa hissəsinin Arnavutköy bölgəsində, şəhərin mərkəzindən 35 kilometr məsafədə yerləşir. Hava limanına gediş-gəliş bir neçə avtobus marşrutu ilə təmin edilir, 2020-ci ildə isə hava limanı ərazisində yeni metro stansiyasının açılması gözlənilir.