Xəzinə axtaran kişi dəyəri yüzminlərlə ölçülən metal pul tapdı FOTO


Digərləri 07 Apr 2019 14:36:00 394 0

Xəzinə axtaran kişi dəyəri yüzminlərlə ölçülən metal pul tapdı  FOTO

İngiltərinin Kent qraflığında xəzinəaxtaran gözlənilməz sürprizlə qarşılaşıb. 30 yaşlı macəraçı dəyəri 100 min funt sterlinqdən (222 min manat) aşağı olmayan qədim metal pul tapıb.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, tapıntı 3-cü əsrə aid edilir. Xəzinəaxtaran Duvr yaxınlığında araşdırma zamanı təsadüfən metal pul görüb: "Əvvəlcə bunun saxta olduğunu düşündüm. Sonradan mütəxəssislər gerçək tarixi tapıntı olduğunu bildirdilər".

Britaniya muzeyinin mütəxəssisləri deyir ki, pul 3-cü əsrin sonlarında kəsilib. Bunu Britaniyaya hökmranlıq edən Roma imperatoru işğalçı Allektin dövtrünə aid edirlər. Deməli, söhbət 293-296-cı illərdən gedə bilər. Pulun üz tərəfində Apollonun qarşısında diz çökmüş iki əsir əksini tapıb. Əks tərəfdə isə imperator görünür. Dəmir pul 24 karat ağırlığındadır.


Xəbərə aid fotolar