Türkiyə vətəndaşlarına bu ölkəyə səyahətlə bağlı xəbərdarlıq edildi


Dünya 07 Apr 2019 14:30:00 183 0

Türkiyə vətəndaşlarına bu ölkəyə səyahətlə bağlı xəbərdarlıq edildi

Türkiyə Xarici İşlər Nazirliyi Liviyadakı qarşıdurmalar səbəbindən bu ölkəyə səyahət etməyi bir daha gözdən keçirmələrini istəyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusilə paytaxt Tripoli və ətrafındakı bölgələrdəki prosesləri izləmək və buna uyğun olaraq səyahət planlarını nəzərdən keçirmək tövsiyə edilib.

Həmçinin, Liviyadakı Türkiyə vətəndaşlarına zəruri hallarda Misuratadakı baş konsulluğa müracitə edə biləcəkləri vurğulanıb.