“Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib FOTO


Digərləri 07 Apr 2019 13:50:00 251 0

“Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib  FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar "Az avtomobil, çox həyat" devizi altında Veloparkda veloyürüş keçirilib.

Son.az-ın Trend-ə istinadən xəbər verir ki, veloyürüş Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunub.

Aprelin 7-də saat 12:00-da keçirilən veloyürüşün məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.