Tereza Mey "Brexit" üçün son şansın qaldığını deyir


Dünya 07 Apr 2019 13:31:00 210 0

Tereza Mey "Brexit" üçün son şansın qaldığını deyir

İş "Brexit"in ləğv olunmasına gətirib, çıxara bilər

Son.az musavat.com-a istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Tereza Mey "Breksit"in əldən çıxacağı barədə parlamentə xəbərdarlıq edib.

"The Guardian" qəzetinin məlumatına görə, ada dövlətinin baş naziri parlament deputatları qarşısında çıxış edərək, vəziyyətin mürəkkəb olduğunu xatırladıb.  Onun sözlərinə görə, Böyük Britaniya hökuməti indi konkret iki seçim qarşısında qalıb: ya Birliyi heç bir saziş olmadan tərk etmək, ya da ümumiyyətlə, "Brexit"dən vaz keçmək...

Baş nazir ölkənin AB-nin tərkibindən çıxması üçün sazişin təsdiqlənməsinin vacib olduğunu vurğulayıb.