Nazir müavini: "Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi böyük bir sevincdir, qürurverici haldır"


Digərləri 07 Apr 2019 13:14:00 214 0

Nazir müavini: "Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi böyük bir sevincdir, qürurverici haldır"

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi böyük bir sevincdir, qürurverici haldır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Veloparkda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar "Az avtomobil, çox həyat" devizi altında keçirilən velosiped yürüşü zamanı deyib.

Ötən gün Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəldiyini xatırladan nazir müavini bildirib ki, bu, böyük bir sevincdir, qürurverici haldır: "İlk növbədə, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla bütün Azərbaycan xalqını nazirliyimizin kollektivi adından təbrik etmək istəyirəm. Azərbaycan əhalinin sayına görə dünya ölkələri 88-ci yerdə durur. Təbii artımın həddindən artıq zəif olduğu ölkələr var. Azərbaycanda isə təbii artım sürətli olduğuna görə gələcəkdə biz daha öncül yerlərdə qərarlaşacağıq. Belə bir deyim var: sağlam bədəndə sağlam ruh olar. Sağlam bədən də təbii ki, sağlam ətraf mühit olan yerdə formalaşır. Möhtərəm Prezidentimizin tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın hər bir yerində yaşıllaşdırma aksiyasına, ağacəkmə aksiyasına başlayıb".