İranda sel fəlakətinin fəsadları artır:


Dünya 07 Apr 2019 12:57:00 178 0

İranda sel fəlakətinin fəsadları artır:

İranda sel fəlakəti nəticəsində 1900 rayon, qəsəbə və kənd su və palçıq altında qalıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölənlərin sayı 70-ə çatıb, 791 nəfər isə xəsarət alıb.

Məlumata görə, təxminən 100 min nəfər dövlət tərəfindən yaradılan sığınacaqlara yerləşdirilib.