Silahlılar sabiq prezidentin evinə hücum etməyə çalışdılar


Dünya 07 Apr 2019 11:06:00 181 0

Silahlılar sabiq prezidentin evinə hücum etməyə çalışdılar

Bir qrup silahlı şəxs Meksikanın sabiq prezidenti Visente Foksun evinə hücum etməyə çalışıb.

Son.az bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə V.Foks öz "Facebook" səhifəsində yazıb.

Sabiq prezident bildirib: "Bu səhər silahlı qruplaşma mənim evimə, mənim şəxsi həyatıma daxil olmağa çalışıb, bu, qanunçuluq prinsiplərinə uyğun olmayan ciddi vəziyyətdir. Bu ciddi vəziyyət dərhal dövlət tərəfindən reaksiya tələb edir və mən mənim şəxsi və ailəmin təhlükəsizliyinə görə məsuliyyəti birbaşa (prezident) Andres Manuel Lopes Obardorun üzərinə qoyuram".