İranda iki rayonun boşaldılmasına göstəriş verilib


Dünya 07 Apr 2019 08:49:00 257 0

İranda iki rayonun boşaldılmasına göstəriş verilib

İranın Xuzistan vilayəti fövqəladə hallar mərkəzi çayların daşması nəticəsində 2 rayonun tam şəkildə boşaldılmasına göstəriş verib.

Bu barədə Trend Fars İnformasiya Agentliyinə istinadən məlumat verib. Qeyd olunur ki, 2 rayon, 12 şəhər və 110 kəndin boşaldılmasına göstəriş verilib.

Kərxə və Dez su bəndlərinin dolması ilə kəndlər və şəhərlər məcburi şəkildə boşaldılıb.