Fransanın Ruanda soyqırımında rolu araşdırılacaq


Dünya 07 Apr 2019 08:28:00 309 0

Fransanın Ruanda soyqırımında rolu araşdırılacaq

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ruanda soyqırımındakı rolunun araşdırılacağını bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, E.Makron, Ruanda soyqırımına görə müvafiq addımlar atan "Ibuka" Fransa Cəmiyyətinin nümayəndələri ilə bir araya gəlib.

Prezident fransız tədqiqatçı alimlərdən ibarət komissiyanın 1990-1994-ci illərə aid ölkə arxivlərinin araşdırılacağını bəyan edib.

Komissiyanın, fransız tarixçisi Vincent Duclertin rəhbərliyi ilə 8 tədqiqatçı alimdən ibarət olduğu bildirilib.