Təbrizli qadın dünya rekordunu yenilədi


Digərləri 07 Apr 2019 07:55:00 211 0

Təbrizli qadın dünya rekordunu yenilədi

İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində Giti Musəvi 12270 kq çəkili yük maşınını 30 metr dartaraq dünyanın ən güclü qadın rekordunu yeniləyib.

Son.az Trend-ə istinadən bildirir ki, Giti xanım Ginnes rekordlar üzrə iranlıların müşaviri və Təbriz məsul şəxsləri qarşısında yük maşınını dartaraq avstraliyalı qadının rekordunu yeniləyib.

Avstraliyalı qadın 2011-ci ildə 11350 kq yük maşınını dartaraq dünyanın ən güclü qadını olaraq Ginnesin rekordlar kitabına düşüb.