Yaponiyada bahar bayramı və istirahət günlərində rekord sayda insan səyahətə yollanacaq


Digərləri 07 Apr 2019 07:44:00 240 0

Yaponiyada bahar bayramı və istirahət günlərində rekord sayda insan səyahətə yollanacaq

Yaponiyada qarşıda gözlənilən bahar bayramı və istirahət günlərində rekord sayda insan səyahətə yollanacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, cari ildə ilk dəfə olaraq yaponlar "qızıl həftə" adlandırılan bayram və istirahət günlərində 7 gün deyil, 10 gün istirahət edəcəklər. Buna səbəb kimi həmin günlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edən yeni İmperatorun taxta çıxması göstərilir.

Yaponiyanın aparıcı "JTB" turizm agentliyinin apardığı sorğunun nəticələrinə görə, aprelin 25-dən mayın 5-dək davam edəcək həmin günlərdə təqribən 25 milyon insanın həm ölkə daxilinə, həm də onun hüdudlarından kənara səyahət edəcəyi gözlənilir. Bu, ötən ilin həmin göstəricisindən təqribən 300 min nəfər çoxdur.