Babək Həmidov: Aprel döyüşlərində düşmən ordumuzun rəşadəti qarşısında duruş gətirə bilmədi


Digərləri 07 Apr 2019 05:30:00 282 0

Babək Həmidov: Aprel döyüşlərində düşmən ordumuzun rəşadəti qarşısında duruş gətirə bilmədi

Aprel döyüşlərində şanlı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələrinə heç vaxt unutmayacağı dərs verdi. Düşmən həmin döyüşlərədək uzun müddət cəbhəboyu zonadakı yaşayış məntəqələrini, dinc əhalini fasiləsiz atəşə tuturdu. Düşmənin növbəti təxribatı ordumuzun sürətli əks-həmlə əməliyyatı ilə alt-üst edildi. Ermənistan ordusunun əsgər və zabitləri rəşadətli Azərbaycan Ordusunun sürətli əks-hücumu qarşısında duruş gətirə bilmədi.

Son.az bildirir ki, bunu Aprel döyüşlərinin iştirakçısı gizir Babək Həmidov AZƏRTAC-a açıqlamasında deyib.

Döyüşlərlə bağlı təəssüratlarını bölüşən gizir bildirib: "Əsgərlərimiz böyük ruh yüksəkliyi ilə döyüşlərə atıldı. Düşmənin əsgər və zabitləri öz postlarını qoyub sürətlə geri qaçırdılar. Çünki bu torpaqlar onların deyil. Əgər bu torpaqlar onların Vətəni olsaydı, onlar da bizim kimi həmin ərazilər uğrunda şəhid olmağa çalışardılar. Əsgərlərimizin qəhrəmanlığı erməniləri vahiməyə salmışdı. Biz son nəfəsimizə qədər döyüşmək əzmi ilə bu döyüşlərə atılanda yeganə hədəfimiz düşməni məhv etmək idi. Atılan güllələrin, mərmilərin, topların sayəsində göy üzü işığa qərq olmuşdu. Sanki qaranlıqdan əsər-əlamət yox idi. Təpə-təpə, keçid-keçid təmizlədiyimiz torpaqlardan sanki güc alırdıq. Uzun illər həsrətini çəkdiyimiz doğma torpaqlarımıza ayaq basanda duyduğumuz hissi ifadə etməyə söz tapa bilmirəm. Ağlımızda yalnız bir fikir var idi: irəli gedərək düşməni əzmək, torpaqlarımızı azad etmək. Lələtəpənin və bir neçə postun işğaldan azad olunmasında şəxsən mən də iştirak etdim. Aprelin 4-də axşam saatlarında sinə nahiyəmdən və ayağımdan qəlpə yarası aldım. Ən çox üzüldüyüm isə döyüşləri davam etdirə bilməməyim idi".