"Amazon" peyk üzərindən internetə çıxış üçün sistem yaratmağa hazırlaşır


Digərləri 07 Apr 2019 01:30:00 283 0

"Amazon" peyk üzərindən internetə çıxış üçün sistem yaratmağa hazırlaşır

"Amazon" şirkəti ucqar regionlarda yaşayan istifadəçilərin peyk üzərindən internetə çıxışı üçün öz sistemini yaratmağa hazırlaşır. Bu haqda "GeekWire" nəşri məlumat verib. Jurnalistlər aydınlaşdırıblar ki, ABŞ Federal Rabitə Komissiyası "Amazon"a məxsus "Kuiper Systems LLC" şirkətinin maraqları naminə radiotezlik və orbitlərdən istifadə üçün Beynəlxalq Telekommunikasiya İttifaqına 3 ərizə təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sənədlərə görə, sistem müxtəlif orbitlər üzərində yerləşən 3236 aparatdan ibarət olacaq.