Xəstəxanada keçinən məktəbli rəfiqəsinin fəryadı:


Digərləri 07 Apr 2019 00:50:00 250 0

Xəstəxanada keçinən məktəbli rəfiqəsinin fəryadı:

Öləndən 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın rəfiqəsi sosial şəbəkələrdə paylaşımı ilə diqqət çəkib.

Son.az buta.media-ya istinadən bildirir ki, o dünyasını dəyişən rəfiqəsi ilə şəkil paylaşaraq, bunu bildirib: "Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. Biz onunla uzun müddətdir ki, dostluq edirdik, o  mənim üçün dostdan daha artıq idi... Biz onun anası ilə çox yaxşı münasibətimiz var idi. Onun anasını suçlayan axmaqlar gəbərsinlər. Günahkar məktəbdir. Mən dəfələrlə direktor müavinin yanına gedərək, kömək istəyirdim, çünki Elina mənə şikayət edirdi ki, onu döyürlər. Lakin direktor və müavini cavab verdilər ki, sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil. Baxmayaraq ki, Elina xəbərdarlıq edir ki, o ölmək istəyir".

Rəfiqəsinin sözlərinə görə, o inana bilmir ki, Elina dünyasını dəyişib:

"Hətta mənə xəstəxanada deyəndə ki, o ölüb mən inana bilmirdim".


Xəbərə aid fotolar